Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-04-2024 , 23:26

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Mingəçevir qəbirstanlıqlarında  təmizlik işləri ilin hər mövsümündə aparılır

 Sosial şəbəkələrdə Mingəçevirin qəbirstanlıqlarında təmizlik işlərinin görülmədiyi ilə bağlı xəbərlər yayılıb. Biz də həmin görüntülərlə bağlı şəhərin qəbirstanlığında olduq.  Mövsümlə əlaqədar olaraq ərazidə ot alaq çoxalmışdır. Buna baxmayaraq işçilər tərəfindən otlar biçilib,qəbirlərarası yollar təmizlənib,səliqə səhman yaradılıb. Mingəçevir kənd qəbirstanlığının işçiləri,mollalar deyir ki,hər gün burda olurlar,səliqə səhman işləri aparılır. Onu da qeyd edək ki,bəzi ölü sahibləri də təmizliyə rəayət etmirlər.Qəbirin üstündəki köhnəlmiş gük-çiçəyi kənara atıb gedirlər.

Mingəçevir bələdiyyəsi qəbirstanlıqların idarə olunması və saxlanılması şöbəsinin müdiri Rafael Məmmədov ərazidə aparılan işlərlə bağlı məlumat verib.

***

Qarabağ uğrunda döyüşlərdə 1992-vi ildə şəhid olmuş,Mingəçevir şəhərinin sağ sahilində (Əli)qəbirstanlığında dəfn edilmiş Eldəniz Əlimuxtarov və Yadigar Mansurovun məzarüstü abidələri təmir edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun tövsiyəsi ilə şəhər bələdiyyəsi tərəfindən məzar daşları cilalandı,şəhidlərin şəkilləri yenidən işləndi və baş daşlarına vuruldu.Abidələrin ətrafı səliqə səhmana salınıb.

Şəhər bələdiyyəsinin sədri Ramiz Əliyev,işçilər,şəhidin yaxınları məzarüstü abidəni ziyarət ediblər,şəhidlərin ruhuna dualar oxunub.Şəhid Eldəniz Əlimuxtarovun anası Minayə xanım işin təşkilatçılarına minnətdarlıq bildirib.

Esmira Hidayətova, Mingəçevir.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər